Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

Böyük Şordaki "Olimpiya" stadionu çökdü

Mütəxəsislər baş verənlərin gözlənilən olduğunu deyir

Dövlət Neft Şirkətinin “Koroğlu” metrosu yaxınlığında inşa etdiyi "Olimpiya" stadionu çöküb. Bu barədə Moderator.az-a etibarlı mənbələrdən məlumat verilib. Mənbənin məlumatına görə çökmədən sonra həmin ərazidə tikinti işlərinə yenidən başlanıb. Mütəxəssislər isə hesab edirlər ki, burada çöküntünün olması təbiidir. Çünki bu stadion Böyük Şor gölünün qurudulmuş hissəsi üzərində tikilib.
Qeyd bedək ki, əsası 6 iyun 2011-ci ildə qoyulub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev , FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar iştirak etmişdilər. Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionunun bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacağı bəyan edilmişdi. Burada müxtəlif funksiyalı tribunaların, qaçış zolağının və digər infrastrukturun inşası nəzərdə tutulmuşdu. Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və Azərbaycanın inşaat normativlərinə uyğun aparılacağı qeyd edilirdi...
4712 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:36