Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Suriyada daha bir azərbaycanlı öldürüldü

Suriyada daha bir azərbaycanlı öldürülüb. Bu barədə terrorçulara məxsus saytlar məlumat yayıb.

Məlumata görə, "Zübeyr Azəri" kimi təqdim olunan azərbaycanlı vəhabi Suriyada hökumət qüvvələri tərəfindən öldürülüb. Onun kimliyi açıqlanmasa da, Azərbaycanın Şəki rayonundan olduğu bildirilir.

Terrorçular öldürülən azərbaycanlının fotosunu da yayıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/
1482 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber