Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Abbas Əraqçi: “1 milyard 500 milyon dollar ölkəyə qaytarılacaq”

İran xarici işlər nazirinin müavini Abbas Əraqçi yanvarın 28-də Tehran Ticarət Evində çıxış edərək xarici ölkələrdə blokadaya alınmış neft pullarından danışıb. Əraqçi deyib ki, Cenevrədəki nüvə razılaşmasından sonra dünyanın 8 ölkəsində blokadaya alınmış ölkənin neft pullarından 4,2 milyard dolları tədricən ölkəyə qaytarılacaq: “Razılaşmaya əsasən, ölkənin neft satışından qazandığı, lakin xarici ölkələrdə ona blokada qoyulmuş pullardan hər dəfəsi 550 milyon dollar olmaq şərti ilə 6 mərhələdə, eləcə də hər dəfəsi 450 milyon dollar olaraq 2 mərhələdə ölkəyə qaytarılaraq İran Mərkəzi Bankının hesabına köçürüləcək. Beləliklə, mart ayının ortalarına qədər blokadaya alınmış pullardan ən azı 1 milyard 500 milyon dolları ölkəyə qaytarılacaq”.

5+1 qrupu (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya), eləcə də Avropa Birliyi rəsmiləri ilə razılaşmasına əsasən, Tehran 6 ay ərzində bəzi nüvə təsisatlarında işləri məhdudlaşdırmalı, obyektlərə Beynəlxalq Atom Enerjisi Agentliyi təmsilçilərinin gündəlik girişinə icazə verməli, Ərak reaktorunun fəaliyyətini dayandırmalı, 20 faiz dərəcəsində zənginləşdirilmiş 200 kiloqram uranı məhv etməlidir.

Öhdəliklərə əməl olunsa, 6 aydan sonra İrana beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı və daha uzunmüddətli razılaşma imzalanmalıdır.
1525 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:33