Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Ata 2 oğlunun Suriyaya məsciddən yola salındığını iddia edir

Suriyaya gedən Seymur və Həbibin atası Qurbanəli Vəlişov Müşfiqabad məscidinin imamı Mübariz Qaçayevlə üz-üzə gəldi

Əslən Masallıdan olan Qurbanəli kişi bir də xəbər tutub ki, Müşfiqabad qəsəbəsindəki məscidə namaz qılmağa gələn oğlanları Seymur və Həbib artıq Suriyada döyüşürlər.

Ata iddia edir ki, oğlanları məhz bu məsciddə, vəhhabi məzhəbinə məxsus şəxslər tərəfindən təlimatlandırılıblar. 2012-ci ildə isə Türkiyə ərazisindən keçməklə Suriyaya gediblər. Uzun müddət onların geri gətirilməsi üçün çalışan ata bunu bacarmayıb. İndi başqalarının övladının da bu döyüşlərə qatmaması üçün, oğlunu göndərənləri ifşa etməkdə qəralı görünür. Məhz buna görə bu gün Masallıdan, düz Müşfiqabada gəlmişdi. Gəlişə hazır olmayan məscidin imamı Mübariz Qocayev isə hər halda bu mənzərəni qabaqcadan hesablaya bilərdi. Budur oğulu Suriyadakı döyüşlərdə iştirak edən ata günahkar bildiyi imamla üzləşir. İmam adları çəkilən şəxsləri tanımadığını, ona qarşı səslənənləri isə böhtan adlandırır. Mübahisə dərinləşəndə tərəflər Qurana əl basmağa qərar verdilər.

Mübahisə zəminində onsuz da həssas olan Qurbanəli Vəlişovun ürəyi sıxıldı.

Məscidin imamı Mübariz Qaçayevdən məhz bu ibadət evindən döyüş üçün təlimatlandırılmasına münasibət öyrəndik. İmamı dedi ki, biz burda yalnız Allaha ibadət edirik.

Müşfiqabad məscidinin imamı, Mübariz Qaçayev: “Camaat hara gedir, necə gedir məscid bu işlərlə məşğul olmur, mən bu insanı birinci dəfədir görürəm, oğullarını tanımıram. Mən ibadətə çağırıram, hər cümə günü nəsihət verirəm”.

Oğlanları Suryadakı döyüşlərə qatılan ata dedi ki, məsələnin bu qədər dərinləşməsində hüquq mühafizə orqanlarının da səhlənkarlığı var. Çünki övladlarının vəhhabi təriqətinə qoşulmasından xəbərdar olan ata, hələ 2012-ci ildə 102 xidmətinə zəng vuraraq Seymur və Həbibin Suriyaya getməsinə mane olmağa çağırıbmış. Binəqədi polisi Seymur Vəlişova 10 sutka həbs verib. Lakin bu da onun qarşını almayıb, onun sorağı Suriyadan gəlib. Xatırladaq ki, indiyədək Suriyaya döyüşməyə gedən şəxslər arasında 100-dən çox azərbaycanlının öldürüldüyü deyilir. Onlar Azərbaycanın əsasən Balakən-Zaqatala, Sumqayıt ərazilərindən gedirlər./ans/
1400 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı