Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Keçmiş nazirimizin oğlu vəhhabilərə qoşulub

Bakı meri Hacıbala Abutalıbovun oğlu da radikal dini cərəyanın fəal üzvüdür

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə yanvarın 28-də sensasion bəyanatla çıxış edib. Şeyx deyib ki, Azərbaycanda övladları müxtəlif dini sektalara qoşulan məmurlar var.

Bəs bu məmurlar kimdir?

Nardaran qəsəbəsinin ağsaqqalı Hacı Hacıağa Nuriyev haqqin.az saytının bu sualına belə cavab verib ki, bir çox vəhhabilər və nurçular doğrudan da dövlət aparatında çalışır və nüfuzlu postla tuturlar: “Bu sektaların nümayəndələri ali məktəblərdən tutmuş ta parlamentə qədər ən müxtəlif yerlərdə kök salıblar və istənilən vaxt ölkədə qarışıqlıq yaratmağa hazırdırlar. Belə bir şey Türkiyədə də oldu. Ona görə də hesab edirəm ki, onlara qarşı dövlət səviyyəsində mübarizə aparılmalıdır. Azərbaycan balaca ölkədir. Kimin nə işlə məşğul olduğunu hamı bilir. Vəhhabilər arasında iri məmurların təkcə övladları yox, yaxın qohumları da var. Vəhhabilər polis və ordu sıralarına da nüfuz ediblər. Yəni bu, çox ciddi problemdir”.

İçərişəhərdəki “Aşurbəy” məscidinin axundu Hacı Surxay Məmmədli də ölkədə sələfilərin (vəhhabilər) fəallaşdığını deyir. Onun sözlərinə görə, xidmət etdiyi məsciddə xoşagəlməz hadisələr baş verir, o cümlədən tadikal dini cərəyanların nümayəndələri özlərinə tərəfdar toplamaq üçün bu məscidə gələrək moizələr oxuyur, təbliğat aparırlar. S.Məmmədli də hesab edir ki, dövlət milli ideologiyaya təhlükə yarada biləcək bütün hallara qarşı mübarizə aparmalıdır.

Haqqin.az saytının müxbirinə o da məlum olub ki, sələfi qruplaşmasının nümayəndələri ölkədə doğrudan da geniş bir şəbəkə yaratmağa nail olublar. Bu şəbəkənin üzvləri əsasən kiçik və orta sahibkarlıqla, xüsusən də inşaat işləri ilə məşğuldur. Adının gizli saxlanması şərti ilə haqqin.az saytına danışan sələfilərin bir nümayəndəsi deyib ki, bu icma daxilində qarşılıqlı yardım üçün xüsusi kassa var. Bu kassaya yığılan pullar sektanın kasıb üzvlərinə maddi yardım göstərilməsinə sərf olunur. Mənbə deyib ki, vəhhabilərin çoxu “Sədərək” və “Binə” ticarət mərkəzlərində ticarətlə məşğuldur.

Adının çəkilməsini istəməyən vəhhabi əqidəli şəxs bu sektanın üzvlərinə yardım göstərən “güclü əllər” barədə də danışıb: “Allaha şükür, bizim qardaşlar bir-birinə yaxından kömək edirlər. Biz Hacı İsrafilə (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovu nəzərdə tutur-red.) və Hacı Aynura (Azərbaycanın sabiq yeyinti sənayesi naziri Sevil Zeynalovanın oğlunu nəzərdə tutur-red.) həmişə minnətdarıq. Onlar bizə hər işdə kömək edirlər”.

Yada salaq ki, İsrafil Abutalıbov kimi Aynur Zeynalov da inşaat sektorunda fəaliyyət göstərir. Sabiq nazirin sələfilərə qoşulan oğlu mərhum anasının şərəfinə “Sevil Construction” adlandırdığı tikinti şirkətinin sahibidir.

Virtualaz.org saytı xüsusi olaraq xatırladır ki, “Sevil Construction” bu yaxınlarda kasıb insanlar üçün binalar tikmək üçün torpaq sahələri ayrılmasının vacibliyi barədə təkliflərlə çıxış edib./musavat/
1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:15