Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Türkiyə və İran arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılır

"Şura şübhəsiz ki, Türkiyə-İran ikitərəfli münasibətlərinə müsbət təsir edəcək"

Türkiyə və İran arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yaradılır. İnterAz-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İrana səfəri ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu Şura şübhəsiz ki, Türkiyə-İran ikitərəfli münasibətlərinə müsbət təsir edəcək.

İki ölkə arasında münasibətlərin yüksəldiyini deyən Baş nazir səfərinin mövcud əlaqələrə töhfə verəcəyini qeyd edib: "2013-cü ildə Türkiyə və İran arasında ticarət dövriyyəsi 13,5 milyard dollara çatıb".

Mətbuata açıqlamasından sonra İrana yola düşən R.T.Ərdoğan səfəri çərçivəsində İran Prezidenti Həsən Ruhani və Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei ilə görüşəcək.
1336 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP