Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Saakaşvili yenə Putinə sataşdı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yenə Rusiya Prezidenti Vladimir Putinə sataşıb.

Nüfuzlu “The Wall Streel Journal” dərgisinə müsahibə verən Saakaşvili Ukraynada baş verən hadisələri digər ölkələrlə qarışdırmamağı tövsiyə edib. Onun qənaətinə görə, Kiyevdəki qarşıdurmalar 21-ci əsrin ilk geosiyası inqilabıdı: ”Hadisələrin miqyası göstərir ki, aksiyalar tək sosial çatışmazlığa yönələn etirazlar deyil, bu, həm də iki ideologı cərəyanın - azad qərb demokratiyasının və Putin Rusiyasının qarşıdurmasıdır. Son zamanların hadisələri Putinə müəyyən güc verir: Amerika və Qərb müəyyən problemlərlə, iqtisadi böhranla üz-üzədir. Hətta o, Gürcüstan və Ermənistanı təsiri altına sala bilib. Bir qədər də irəli gedərək, Qərbi postsovet məkanından sıxışdırdığını zənn etdi, hansını ki, özünün mülkiyyəti sayır. Lakin Ukraynadakı demokratiya dalğası məsələnin əksini göstərdi”.

Sabiq prezident sonda bildirib ki, Avropaya baş ağrısı olan Putinin sorğu-suala çəkilməsinin vaxtı çoxdan çatıb.
1432 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber