Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Bakıdakı dayanacaqlar dayanma deyir

Şəhərimizdə quraşdırılan və sayı günü-gündən artan dayanacaqların bəziləri istifadəyə yararsız vəziyyətdədir.

Dəfələrlə Bakıda quraşdırılmış belə dayanacaqlardan yazılsada da, nəticə yoxdur.

Bu tip dayanacaqlardan bir neçəsi Badamdar şossesində yerləşir. Sözügedən yerdə quraşdırılmış dayanacaqların nəinki şüşələri qırılıb, hətta Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin monitorları da işləmir.

Oturacaqları toz-torpaq içində olduğundan sakinlər heç dayanacağa yaxın belə gəlmirlər. Hava şəraitindən aslı olmayaraq onlar avtobusları məcburiyyət qarşısında kənarda gözləməli olurlar.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin sözçüsü Şəfa Mehmanqızı problemlə bağlı Milli.Az-a açıqlamasında bildirdi ki, ərazi qeydə alındı və qısa müddətdə yaranan problem aradan qaldırılacaq./milliaz/

Bakıdakı dayanacaqlar dayanma deyir - FOTO
1305 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı