Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

"Lazım gəlsə", "bir gün gələcək" - "İstəsək" də əlavə oldu

Siyavuş Novruzov: "İstəsək, İrəvanı da alarıq"

“Ermənistan digər ölkələrin təkidi ilə bu cür təxribatlara gedir”
“Azərbaycan Ordusu bir neçə gün ərzində Ermənistanı yerində oturtmaq, hətta İrəvana qədər irəliləmək iqtidarındadır”. Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov son günlər təmas xəttində baş verən hadisələri şərh edərkən bildirib. Onun sözlərinə görə, Azərbaycan bütün sahələrdə Ermənistandan dəfələrlə üstündür.
Deputat vurğulayıb ki, ordu quruculuğu baxımından da Azərbaycan müasir silahlarla tam təchiz olunub: “Ordumuz yüksək hərbi hazırlığına görə, Cənubi Qafqazda liderdir. Müharibə başlayarsa, Azərbaycan ordusuna bir neçə gün lazımdır ki, İrəvanda olsun. Azərbaycanın Ermənistandan heç bir qorxusu yoxdur”.
Qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması haqda danışan S. Novruzov əlavə edib ki, Ermənistanın indiki halda məqsədi aranı qarışdırmaqdır: “Ermənistan digər ölkələrin təkidi ilə bu cür təxribatlara gedir. Bu isə Ermənistanın müstəqil dövlət olmaması ilə bağlıdır. Ukrayna baş verənlər də bu prosesin tərkib hissəsi olub, bunlar hamısı regionda ümumi vəziyyəti qarışdırmaq, gərginlik yaratmaqla diqqəti dayandırmaq məqsədi daşıyır”. /musavat/
1526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:05