Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

ABŞ-ın Suriya səfiri ölkədən qovulub

Amerikanın Suriya səfiri Robert Ford bu ölkədən qovulub. Bu barədə Suriya informasiya naziri Ümran Əz-Zuabi açıqlama verib. "ABŞ-ın Dəməşq səfiri "persona non-qrana" (arzuolunmaz şəxs) elan olunaraq Suriyadan qovuldu", - deyə nazir bildirib.

Suriya informasiya naziri "Əl Məyadin" kanalına danışarkən daha sonra deyib: "Səfir xarici işlər naziri Vəlid Əl-Müəlimlə görüş tələb etsə də, Əl-Müəllim bu tələbi qəbul etməyəcək".

Suriyayla əlaqədar Cenevrə-2 konfransına qatılmaq üçün hələ də İsveçrədə olan Əz-Zuabi həmçinin bildirib: "Müxalif Koalisiyanın nümayəndə heyətiylə birbaşa görüşmürük. Çünki bu heyətin bəzi üzvləri "Əl Nusra" və "Əl Qaidə" kimi terror təşkilatlarıyla bağlıdır"./deyerler/
1583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP