Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Həcər Pənahlı: “Nemətin əsəbləri pozulub”

Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə görüş verilib. Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı yanvarın 29-da “Media forum” saytına açıqlamasında deyib: “Yanvarın 25-də görüşdük. Uşaqları da özümlə aparmışdım. Nemətin vəziyyəti çox pisdir. Uzun zaman idi uşaqlar ataları ilə görüşməmişdilər. Bəlkə də mənim gözüm yoldaşımın belə halda olmasına öyrəşib. Ancaq uşaqlar Neməti görəndə təəccüb qaldılar, dedilər ata çox dəyişib. Həddindən artıq əsəbi olub, şəkəri çox yüksəkdir.
İndi Nemət kamerada tək qalır. Ona belə rahatdır, ancaq kamerasına televizor qoysalar, bəlkə də bu qədər əsəbi olmaz. Həbsxanada Nemətlə çox kobud rəftar edirlər. İstədiyi vaxt telefona çıxa bilmir. Orada hər şeyi dava ilə əldə edir”. Həcər Pənahlı deyib ki, həbsxanada görüşdə olduğu vaxt onun özünün də səhhəti pisləşib, təzyiqi qalxıb: “Nemət kameraya gündüzdən həkim çağırsa da, həkim axşam gəlib çıxdı. Böyrəyimdə şiş var, əməliyyat olunmalıyam. Nemət həbsdədir, mən altı uşağı qoyub əməliyyata necə gedim? Vəziyyətimiz çox ağırdır. Bilmirəm dərdimi kimə deyim”. Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
1784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...