Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

"İran bizim ikinci evimizdir"

Türkiyə baş naziri: "İran bizim ikinci evimizdir"

Müxtəlif görüşlər üçün İranda rəsmi səfərdə olan Türkiyə baş naziri Ərdoğan buradakı qarşılanmasından məmnun qalıb, - AA. "Özümüzü ikinci evimizdə hiss edirik. Göstərilən qonaqpərvərliyə görə xüsusilə təşəkkür edirəm", - Ərdoğan bildirib.

Baş nazir Rəcəb Tayyib Ərdoğan həmçinin bildirib: "2012-ci il Türkiyə və İran baxımından uğurlu bir il oldu. 21,8 milyard dollarlıq ticarət həcminə çatdıq, bu balanslı bir ticarət həcmi idi. Təəssüf ki, 2013-cü ildə bu rəqəm 13,5 milyard dollara düşdü. 2015-ci ilin sonuna qədər hədəfimiz 30 milyard dollardır. Tərəflərdə bunu reallaşdıra biləcək siyasi iradə mövcuddur. Ümid edirəm ki, 2014-cü il mühüm bir irəliləyiş olar, 2015-ci ilin sonudək 30 milyard dollar hədəfinə çatarıq"./deyerler/
1366 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42