Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

«Rüşvət əməliyyatında» şok dönüş

Əsas şübhəlilərdən olan Rza Zərrabın əmlakı üzərindən həbs götürüldü

İş adamının şirkətləri, özəl təyyarəsi, yarış atı geri qaytarıldı

Türkiyədəki «Böyük rüşvət əməliyyatının» araşdırmasında şok dönüş olub. İş üzrə əsas şübhəlilərdən olan iş adamı Rza Zərrabın əmlakı üzərindən həbs götürülüb. İstanbul 29-cu Sülh Cəza Məhkəməsinin çıxardığı qərarda Zərrabın əmlakı ilə bağlı həbs sanksiyasının qanunsuz olduğu bildirilib. Məhkəmə hesab edib ki, iş materiallarında əksini tapan sübutlar əmlaka həbs qoyulması üçün yetərli deyil.
Beləliklə, Zərrabın mal varlığı ilə bağlı çıxarılan «satıla bilməz», «kiməsə ötürülə bilməz» qərarı 42 gündən sonra qanuni qüvvəsini itirmiş oldu. Araşdırmanı aparan prokuror Cəlal Kara və digər prokurorların bu qərara etiraz edəcəkləri bildirilir. Prokurorlar etirazlarında Zərrabın iranlı şəriki Babək Zəncaninin Qanadan gətirdiyi və İstanbul aeroportunda 17 gün saxlanıldıqdan sonra Dubaya aparılan 1,2 tonluq qızılla bağlı məqamı əsas kimi göstərəcəklər. Etirazda həmçinin Rza Zərraba qarşı rüşvət, cinayət şəbəkəsi qurmaq kimi ittihamların irəli sürüldüyü də xatırlanacaq.
Qeyd edək ki, Zərrabın üzərinə həbs qoyulmuş əmlakının arasında «Challenger 300» tipli özəl təyyarəsi, «El Ganador» adlı bahalı ingilis yarış atı, əməliyyatdan iki gün əvvəl hərracdan satın aldığı 1 milyon lirəlik tablo, sahibi olduğu «Royal Holding», şəriki olduğu «Are Havacılık» şirəkti də var idi.
1420 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03