Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Edvard Snauden Nobel Sülh mükafatı ala bilər

Norveçin keçmiş naziri Bord Veqar Solyel Nobel komitəsinə məktub yazaraq, ABŞ-ın dinləmə siyasətini ifşa etmiş Edvard Snaudenin Nobel Sülh mükafatına namizəd olmasını təklif edib.
Deyerler.org-un RBK-ya istinadən verdiyi xəbərə görə, nazir Edvard Snaudenin bu mükafata ən layiqli namizəd olduğunu bildirib. "O, kütləvi şəkildə dinləmələrin üstünü açdı və bu fəaliyyətə son qoyulmasına öz töhvəsini verdi", - deyə Norveçin keçmiş ekologiya naziri bildirib.
Bundan öncə Nobel komitəsinə analoji müraciəti İsveç professoru Stefan Svallfors da edib.
1426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber