Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Bilal Ərdoğana qarşı rüşvət ittihamının detalları bəlli oldu

Baş nazir övladlarına məxsus «TÜRGEV» dövlətdən hansı imtiyazlar qazanıb?

Rüşvət əmliyyatı Türkiyə gündəmini zəbt edəndən bəri baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın da adı bu qalmaqalda hallandırılır. Mətbuat və müxalifət baş nazir oğlunu rüşvət və korrupsiyada ittiham etsə də, söhbətin, konkret nədən getdiyi tam bəlli deyildi. Türkiyənin «Tərəf» qəzeti son sayında bu məsələyə detalları ilə aydınlıq gətirib. Məlum olub ki, ittihamların əsas ünvanı baş nazir övladlarının nəzarətində olan «TÜRGEV»dir (Türkiyə Gənclik və Təhsilə Xidmət Vəqfi). Belə ki, torpaq sahəsi və inşaat işləri ilə bağlı imtiyazlardan başqa, xalqın yararlanması üçün açılan bələdiyyəyə məxsus sosial təsisatların da Vəqfin nəzarətinə verildiyi bildirilir. «TÜRGEV»in ən böyük dəstəkçilərindən biri olan Ümraniyə bələdiyyəsinə aid Yaşıl Vadi Mülklərində yer alan sosial təsisatlar da 2013-cü ildə bu quruma verilib. Yerli sakinlər üçün açılan və bir müddət sosial təsisat kimi fəaliyyət göstərən binanın da heç kimə xəbər verilmədən Vəqfə təqdim olunduğu iddia olunur. Öz növbəsində «TÜRGEV» də buranı ötən il «Palet Montessori Kreş» (uşaq bağçası) və Gündüz Baxım Evi olaraq istifadəyə verib.
Həftədə 5 gün fəaliyyət göstərən «Palet Montessori»yə daxil təhsil mərkəzində qiymətlər belədir: 1-3 yaş arası uşaqlar üçün ayda 1.620 , ildə 14 min 580 lirə. 3-6 yaş arası uşaqlar üçün də (7 günlük) ayda 1.620, ildə 14 min 580 lirə. İlkokul ödəmə planı aylıq 1.793, illik 16 min 137 lirə. Üstəlik məktəbin yeməklərinin də Ümraniyə bələdiyyəsi tərəfindən təmin edildiyi bildirilir.
Qəzet yazır ki, «Palet Montessori» məktəblərinin köhnə və yeni şəkillərinə baxış keçirilsə, bələdiyyəyə aid sosial təsisatların Ərdoğan övladlarının Vəqfinə verildiyi açıq-aydın görünər. Üstəlik məktəblərə Rəcəb Tayyib Ərdoğanın qudası vəkil Reyhan Uzunərin rəhbərlik etdiyi bildirilir.
O da qeyd olunur ki, Bilal Ərdoğan 2013-cü ildə «TÜRGEV» qarşısında xidmətlərinə görə Ümramniyə bələdiyyəsinin başqanı Hasan Cana təşəkkürnamə təqdim edib.
1462 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:46
Özbəkistan