Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Qəddafi: “Sarkozi mənim sayəmdə prezident olub”

Fransa televiziyası (France 3 TV ) Liviyanın mərhum lideri Müəmmar Qəddafinin fransız jurnalistlə audio müsahibəsini üzə çıxarmağa hazırlaşır.

“France24” xəbər verir ki, Qəddafi həmin müsahibədə keçmiş Fransa prezidenti Nikola Sarkozi ilə bağlı maraqlı faktlar qeyd edib. Sarkozini əqli cəhətdən qüsurlu adlandıran Qəddafi ona hakimiyyətə gəlməkdə kömək etdiyini bildirib:

“Sarkozi əqli cəhətdən qüsurlu bir adamdır. O, mənim sayəmdə prezident olub”.

Mərhum Liviya lideri bildirib ki, Sarkozinin prezident seçki kampaniyasında maliyyə yardımı edib. Sarkozini hakimiyyətə gətirmək Qəddafinin siyasi strategiyasının bir hissəsi olub. O qeyd edib ki, maliyyə yardımı üçün Sarkozi özü müraciət edib. Ancaq maliyyə yardımının miqdarını açıqlamayıb.

Qeyd edək ki, Qəddafi ilə bu müsahibəni fransız jurnalist Delphine Minoui 2011-ci ilin 16 martında Parisin Liviya müxalifətini tanımasından bir neçə gün sonra hazırlayıb.
1363 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP