Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

Vladimir Putindən sərt xəbərdarlıq

Ukraynanın daxili işlərinə qarışmayın!

Rusiya prezidenti Vladimir Putin Avropa Birliyindən Ukraynada baş verən hadisələrə müdaxilə etməməyi və müxalifəti dəstəkləməməyi istəyib. İnterAz rus mətbuatına istinadən xəbər verir ki, Avropa İttifaqı prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının sədri Jose Manuel Barroso ilə birgə təşkil edilən mətbuat konfransında Vladimir Putin bildirib ki, Qərb Yunanıstanda etirazlar baş verərkən nümayişçilərə dəstək vermədiyi kimi, Ukraynada da eyni addımı atmalıdır.

Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin qısa müddət ərzində iki dəfə Kiyevdə olmasını və Avropa Birliyi xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketron Eştonun bu gecədən etibarən başlayacaq səfərini tənqid edən Rusiya prezidenti daha sonra bunları deyib: "Yunanıstan və Kiprin yunanlara aid hissəsində etiraz aksiyaları keçirilərkən bizim xarici işlər nazirimizin Avropa əleyhinə aksiyalara dəstək verməsini düşünürəm. Bu, əgər baş versəydi, yaxşı olmazdı. Ukrayna xalqı da bu düşüncə ilə Rusiya və digərlərinin daxili işlərinə qarışmasını istəmir. Nə qədər çox vasitəçi olsa, o qədər problem çoxalacaq."
1377 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi