Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

"Haqqını almaq üçün özünü yandırma yayılmaqdadır"

Ölkədə dəhşətli tendensiya - haqqını almaq üçün özünü yandırma yayılmaqdadır - Bunun qarşısını kim alacaq?

Artıq son bir neçə ayda üçüncü etirazçıdır ki, özünü yandıraraq intihara cəhd edir. Haqlarını ala bilməyən etirazçılar ən ağır və xoşagəlməz bir yoldan istifadə edərək haqlarını almaq istəyirlər. Artıq göründüyü kimi bu bir tendensiya halını alıb. Ekspertlərin bəziləri bu halların artan xətlə inkişaf etməsini faciə kimi dəyərləndirblər.
Deyerler.org-a mövcud vəziyyətlə bağlı fikirlərini bölüşən sosioloq Azad İsayev bildirib ki, intihar hallarının qarşının alınması üçün konkret tədbirlər görülmür: “Ortada ciddi psixoloji məsələlər var. Bizim də ürəyimizdən nələrsə keçir. Biz də haqqımızı haradansa tələb etmək istəyərik, ciddi narazı olduğumuz məsələlər var və s. Amma bizim narazıçılığımız özümüzü yandırmaq dərəcəsinə çatmayıb. Görün insanı hansı vəziyyətə çatdırmalıdırlar ki, insan o əziyyətə və ağrıya dözərək, bu mənəvi alçalmaya qarşı etiraz etsin.
Bu etirazdan sonra əgər haqlıdırsa, öz haqqını alır. Çünki cəmiyyət bunu bilir və eşidir. Məsələn, Bərdədə özünü yandıran etirazçıya görə o işə məsul olan məmur işdən çıxarıldı. Etirazçının iddiasına görə məmur müəyyən işini həll etmək üçün ondan rüşvət istəyib. Buna etiraz etmək üçün etirazçının özünü yandırmaqdan başqa yolu da qalmayıb. Əslində özünü yandıraraq intihara cəhd etmək bir tonqal effektini yaradır. Cəmiyyətə bir mesaj verilir ki, görün bizi nə vəziyyətə salıblar.
Bu tendensiya davam olunacaq. Burada problemin həlli də əsas məsələ deyil. Təəssüf ki, ölkənin məmurları camaatla danışa bilmir. Camaatı alçaldırlar. Etiraz edəni qapıdan girəndən alçaldır. Bu baxımdan istər-istəməz bu tendensiya davam olunacaq. Çünki intihar hallarının qarşının alınması üçün konkret tədbirlər görülmür”.
1542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı