Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

"Psix” sözünə görə cavab verəcəklər"

Özünü yandıran əlilin arvadı icra başçısını hədələdi: "Psix” sözünə görə cavab verəcəklər"

Yevlax rayonunda sosial yardım almasına əngəllər yaradıldığı üçün özünü yandıran Nizami Kərimovun 5 saylı şəhər klinik xəstəxanasında müalicəsi davam edir. 

Xəstəxananın yanıq şöbəsinin müdiri Vüqar Ələkbərov Modern.az-a xəstənin vəziyyəti haqqında məlumat verib: “Xəstənin vəziyyəti ağırdır. Bədəninin yuxarı hissəsinin təxminən 65-70 faizi yanıb. Hər iki yuxarı ətraflar tamamilə 3-cü dərəcəli yanıq xəsarəti alıb”.

Özünü yandıran əlil Nizami Kərimovun həyat yoldaşı Zülfiyyə Kərimova Modern.az-a hadisə barədə daha ətraflı məlumat verib.

Hadisə bir anın içində oldu

Əlilin həyat yoldaşı Zülfiyə Kərimova deyir ki, hadisə baş verən vaxt orda olmayıb: “İmkansız ailələr kimi biz də dövlətdən sosial yardım alırıq. Lakin 2013-cü ilin son aylarından etibarən sosial yardım ala bilmirdik. Demək olar, 4 ay idi sosial yardım bağlanmışdı. Bütün ailə gözünü dövlətin verdiyi sosial yardıma dikib. Bir-iki ay səsimizi çıxartmadıq. Nəhayət, yoldaşım qərara gəldi ki, rayon mərkəzində yerləşən sosial yardım şöbəsinə müraciət etsin. Yoldaşım gedib, orada deyiblər ki, “gərək sosial yardımın 6 ayını biz alaq, 6 ayını da siz”. Bu təklifdən imtina edəndən sonra yoldaşım özünü yandırıb”.

“Psix” sözünə görə cavab verəcəklər"


Z.Kərimova sosial durumlarının çox ağır olduğunu vurğulayıb: “3 uşağımız var. Böyük qızım ailəlidir. Yerdə qalan ikisi məktəblidir. Uşaqlarım hər dəqiqə zəng edib atalarını soruşurlar. Həqiqəti deyə bilmirəm. Uşaqlarım evdə gözü yaşlı qalıb. Yoldaşımın vəziyyəti yaxşı deyil, yanıq onun sifətini pis hala salıb. Amma ümid edirəm ki, sağalacaq. Bu oyunu bizim başımıza açanlardan əl çəkən deyiləm. Məni yandıran əsas məsələ Yevlax rayonu icra hakimiyyəti başçısının yoldaşıma “psix” damğasını vurmasıdır. Onu hansı əsasla deyib? Sübutu var o sözü işlətməyə?! İcra başçısının yoldaşıma “psix” deməsi bütün qohumları ayağa qaldırıb. Mənim gül kimi balalarım var. Onları gözü yaşlı qoyublar. Yoldaşım 2 yaşından ayağından əlil qalıb. Onun ayağı əlildir, başı ki, əlil deyil! Yoldaşım öz haqqını tələb edib. Ona deyiblər ki, “kişi deyilsən özünü yandırmasan”. Yoldaşımı özündən çıxarıblar. Haqqını tələb edəndə adam “psix” olur, bəyəm?!. Yoldaşım da deyib ki, “bizim sözümüz keçmirsə, onda özümüzü öldürək”.

Əlilin maşını da var imiş...

İcra hakimiyyəti başçısı hətta əlilin maşınının olduğunu da bildirmişdi. Z.Kərimovanın sözlərinə görə, maşın var, amma guya istifadəyə yararlı deyil: “Gedin soruşun, bir adam deyə bilməz ki, Nizami o maşını sürüb harasa gedib”. Yoxlamadan keçirsinlər. Onda bəlli olacaq ki, maşın yararsızdır. Neçə gündür, o maşını ortalığa atıblar”./musavat/
1574 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber