Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

İraqda silahlılar 11 hərbçini öldürüblər

İraqın şərqində əl-Ənbar əyalətində qarşıdurmalar davam edir.

SalamNews-un Anadolu xəbər agentlyinə istinadla verdiyi xəbərə görə, əl-Ənbarın ər-Rəmadi şəhərində dünən axşamdan başlayan qarşıdurmalar bu gün səhər də davam edib və yerli qəbilələrə mənsub mənbələr bildiriblər ki, onlar ordunun 11 hərbçisini öldürüblər və daha 23 nəfərini yaralayıblar.

İraqın rəsmi mənbələri məlumatı hələ təsdiqləməyib.

Xatırladaq ki, ötən il dekabrın sonlarından başlayaraq, "əl-Qaidə" silahlıları və yeri qəbilələrə mənsub silahlı qruplaşmalar ölkənin əl-Ənbar əyalətinin ər-Rəmadi və əl-Fəllucə şəhərini ələ keçiriblər. Dövlət ordusu ər-Rəmadidə silahlıları geri çəkilməyə məcbur etsə də əl-Fəllucə hələ də silahlıların nəzarətindədir.
1408 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP