Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Yanvar 2014

İsraillə danışıqlar dərhal dayandırılmalıdır

HƏMAS Mahmud Abbasdan İsraillə danışıqları dərhal dayandırmağı tələb edib
Fələstinin Qəzza bölgəsində fəaliyyət göstərən radikal HƏMAS hərəkatı milli administrasiya və onun lideri Mahmud Abbasdan İsraillə danışıqları dərhal kəsməyi tələb edib.

SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə “Yerusəlim Post” (“The Jerusalem Post”) qəzeti yazıb.

HƏMAS rəhbərliyinin qəzetdə dərc olunan bəyanatında deyilir ki, hərəkat Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı “iki xalq üçün iki dövlət” prinsipi ilə heç vaxt razılaşmayacaq və Fələstin torpağının bir qarışını belə olsa, heç kimə verməyəcək.

Bəyanatda, həmçinin HƏMAS-ın M.Abbasa İsrailin tanınması şərtilə 1967-ci ilədək olan sərhədlər daxilində Fələstin dövlətinin yaradılması barədə razılaşmanı imzalaması barədə səlahiyyət verməsi təkzib edilir: “Biz “iki dövlət” prinsipi ilə heç vaxt razılaşmamışıq və Fələstin xalqının məqsədinə nail olması və ölkə torpaqlarının azad edilməsi ilə bağlı yeganə səmərəli yolun bütün üsullarla, ilk növbədə isə silahlı müqavimət göstərmək olmasında israrlıyıq.”
1329 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı