Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

Bayram günlərində gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 15-də səhər havanın buludlu olacağı, arabir yağış yağacağı, axşam qeyri-sabit hava şəraitinin davam edəcəyi, yağış yağacağı gözlənilir. Səhər zəif şərq küləyi, gündüz və axşam isə mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun səhər 15-17, gündüz 18-20, axşam 15 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Oktyabrın 16-da səhər havanın tutqun olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi, axşam dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Səhər mülayim cənub-şərq küləyi, gündüz və axşam cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun səhər 16-18, gündüz 16-20, axşan 15-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Oktyabrın 15-də əsasən şimal və şərq rayonlarında yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Oktyabrın 16-da arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında qeyri-sabit, rütübətli hava şəraiti, oktyabrın 16-da atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
1623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı