Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Bağdadda terror - 19 ölü

Bağdadda baş verən terror aktları ən azı 19 nəfərin ölümünə səbəb olub

Yanvarın 29-da Bağdadda baş verən terror aktlarında ən azı 19 nəfər ölüb.

RBK-nın verdiyi xəbərə görə, “Iraq Body Count” hüquq müdafiə təşkilatının məlumatına əsasən, son ay ərzində terror aktlarının qurbanlarının sayı min nəfərə çatmaqdadır.

Ötən gün paytaxtın Şula rayonunda ikiqat partlayış 7 nəfərin həyatına son qoyub. Yeni Bağdad ərazisində minalanmış avtomobilin partladılması nəticəsində daha 5 nəfər ölüb. Talibiyada 4 dinc sakin, əsas etibarilə xristianların yaşadığı Kamp-Sara məhəlləsində isə üç nəfər güllələnib.

Xalqa ənənəvi illik müraciətində İraqın baş naziri Nuri Əl-Məliki ölkədə baş verən yeni zorakılıq dalğasının yayılmasını qonşu Suriyada şiddətlənən vətəndaş müharibəsi ilə əlaqələndirib.

İraqda zorakılıq son 5 il ərzində ən yüksək səviyyəyə çatıb. BMT-nin məlumatına görə, 2013-cü ildə ölkədə 9 minə yaxın insan həlak olub./apa/
1450 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP