Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Ali Dini Lider Ərdoğanı qəbul edib

Tehranda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei arasında görüş keçirilib.

Ayətullah Xamenei Türkiyə və İran arasındakı hazırkı qardaşlıq, birlik və dostluğu ötən əsrlərlə müqayisədə misilsiz adlandırıb: “Hər iki ölkənin geniş potensialları əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün münasib zəmindir. Türkiyə və İran arasında imzalanmış müqavilələrin icrası zəruridir. Bu, iki ölkə arasındakı münasibətlərin daha artıq möhkəmlənməsinə və daha sürətlə inkişaf etməsinə zəmin yaradacaq. İran və Türkiyə xalqları arasında ürəkdən-ürəyə dərin bağlar var. Ona görə də mövcud imkanlardan duzgün şəkildə istifadə edilməlidir”.

R.T.Ərdoğan isə öz növbəsində İranı ikinci evi saydığını bildirib: “İran prezidenti Həsən Ruhani və bu ölkənin digər ölkə rəsmiləri ilə keçirilən görüşlər faydalı və konstruktivdir. Türkiyə iki ölkə arasında əlaqələrin hər gün daha çox inkişafının şahidi olaraq bütün region və dünya üçün bir nümunəyə çevriləcəyinə ümid edir”.

Onun sözlərinə görə, İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı sənədin imzalanması çox mühümdür: “İranla Türkiyə arasında mütəmadi görüşlərin keçirilməsi ilə əlaqələri sanki iki ölkənin nazirlərinin müştərək bir nazirlər kabinetinin üzvləri kimi bir-biriləri ilə müzakirə və əməkdaşlıq etmələri həddinədək inkişaf etdirəcəyik”.
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber