Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Suriya münaqişəsində 26 minə yaxın silahlı iştirak edir

Suriya münaqişəsində ən azı 26 min radikal qruplaşma üzvü iştirak edir.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bunu ABŞ Milli Kəşfiyyat Xidmətinin başçısı Ceyms Klepper Senatda çıxış edərkən bildirib.

“Suriyada 1 600 müxtəlif qrup döyüşlərdə iştirak edir. Silahlıların ümumi sayı 75 mindən 110 minə çatır. Onlardan 26 minini biz ekstremist hesab edirik. Hesablamalarımıza görə, Suriyada təxminən 50 ölkədən gələn 7 minədək döyüşçü var”, - deyə Klepper bildirib.

Xatırladaq ki, Suriyada vətəndaş müharibəsi 2011-ci ildə başlayıb. BMT-nin məlumatına görə, bu günədək 100 min çox insan silahlı münaqişənin qurbanı olub./apa/
1290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:24