Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Türkiyə qırıcıları hücuma keçdi

Buna səbəb terrorçu qrupun Suriyadakı mövqələrindən Türkiyənin Kilis şəhərini avtomat silahlardan atəşə tutması olub.

Türkiyə silahlı qüvvələri Əl-Qaidə terror təşkilatı ilə bağlantılı olan İraq Dəməşq İslam Dövləti qruplaşmasının konvoyuna hücum edib. "İhlas Haber Agentliyi"nin verdiyi məlumata görə, buna səbəb qrupun Suriyadakı mövqələrindən Türkiyənin Kilis şəhərini avtomat silahlardan atəşə tutması olub. Tanklar və ağır artilerriyadan açılan atəş nəticəsində silahlılara məxsus pikap, yük avtomobili və bir avtobus zərərsizləşdirilib.

İraq Dəməşq İslam Dövləti Suriyada müxalifətin hərbi qolu olan Azad Suriya Ordusunun əsgərlərinə qarşı vuruşur.

Bu arada, İraqın baş naziri Nuri əl-Maliki Avropa Birliyini tənqid atəşinə tutub. Bağdadda çıxışı zamanı Nuri əl-Maliki bildirib ki, Avropa ölkələri Suriyada döyüşən əl-Qaidə terrorçularını silahlandırmağa son qoymalıdı.

"Mən əl-Qaidəni silahla təmin etməyə çalışan ölkələrə müraciətlə bildirmək istəyirəm ki, onlar bu təşkilatı silahlandırmaqla, eyni zamanda, İraqda terrorizmə dəstək olurlar. Çünki əl-Qaidənin hər iki ölkədə güclü bağlantıları var. Təşkilatın silahlandırılması qərarları ziddiyyətlidir. Biz burada terrorizmə qarşı mübarizə apardığımız bir vaxtda, siz orada onları silahlandırmağa çalışırsız", - deyə Nuri əl-Maliki vurğulayıb.

Amerika Birləşmiş Ştatları Konqresi bir qədər əvvəl Suriyada döyüşən müxalifət qüvvələrinin silahlandırılması üçün maliyyə dəstəyi layihəsini təsdiqləyib. Silahlar Suriyaya əsasən, İordaniyadan keçirilir.
1488 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11