Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Polislərdən Türkiyə hökumətinə zərbə

Rüşvət və korrupsiya əməliyyatında işdən çıxarılan polislər bütün xidməti kompüterləri formatlayıblar

Türkiyədə dekabrın 17-də başladılan rüşvət və korrupsiya əməliyyatı çərçivəsində tutduğu vəzifədən uzaqlaşdırılan polislər işdən ayrılmadan əvvəl bütün xidməti kompüterləri formatlayıblar. "Sabah" qəzetinin verdiyi məlumata görə, mütəşəkkli cinatyətkarlıqla və maliyyə cinayətlərilə mübarizə şöbələrində baş vermiş hadisədə sərt disklərdən (hard disk) silinən məlumatları bərpa etmək mümkün olmayıb.

Buna, formatdan əvvəl kompüterlərə xüsusi proqram yüklənməsi səbəb olub.

Faktla bağlı yaradılan xüsusi komissiyadan verilən məlumata görə, “Marmaray çevrə yolu”, “İstanbul yanğndan mühafizə idarəsi” və “TOKİ” istintaqlarına aid materialları tapmaq mümkün olmayıb.

Hadisə barədə məhkəmə iddiası qaldırılıb və “Dövlətə aid məlumatlardan şəxsi mənfəətləri üçün istifadə” maddəsi ilə cinayət işi açılıb./ans/
1412 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP