Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Dünyada "dəvə virusu" insanları məhv etməyə başladı

Artıq Avropaya yayılmış bu virus 60 nəfəri məhv edib

Koronavirus adlı virus Səudiyyə Ərəbistanında 60 can alıb. "İtar-Tass"ın verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, artıq dünən bu virusdan dünyasını dəyişənlərin sayı 60-a çatıb. Ümumilikdə bütün dünyada 180 nəfər bu virusa yoluxub. Bunların da 77 nəfəri vəfat edib.

Xəstəlik ilk dəfə Səudiyyə Ərəbistanı ərazisində 2012-ci ildə qeydə alınıb. 2013-cü il mayın 15-də vurusa "Middle East respiratory syndrome coronavirus” (MERS-CoV) adı verilib. Alimlərin fikrincə, virusun yayılma səbəbi Ərəbistan yarımadasındakı birürgüclü dəvələr ola bilər./ans/
1592 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)