Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

“Putin Rusiyası”ndan olimpiya qisası

Soçi Olimpiadasını siyasiləşdirməməklə bağlı çağırışlar qərb siyasətçiləri tərəfindən dəstəklənmir
Müəllif
Bir sıra qərb liderlərinin Soçi olimpiadasına gələ bilməyəcəklərini bəyan etməsi Rusiyanın fikir adamları tərəfindən düşmənçiliklə qarşılanıb.

Rusiyanın tanınmış publisisti Viktor Kamenevin "Vzqlyad" qəzetində dərc etdirdiyi son yazı da buna həsr edilib.

Publisist yazır: “İsveçrə prezidenti Ueli Maurerin və Finlandiya prezidenti Sauli Niinistenin Soçi Olimpidasını siyasiləşdirməməklə bağlı çağırışları ABŞ Dövlət Departamenti ilə daha sıx bağlı olan qərb siyasətçiləri tərəfindən dəstəklənmir. Formal səbəb kimi Rusiyanın “homoseksuallar əleyhinə” qanunu əsas götürülür…”

Daha sonra Kamenev kinayəli tənqidə başlayır: “Sanki onların daimi baş ağrısı homoseksuaların Rusiyadakı hüquqlarıdır. Qərbin Rusiyaya qarşı ikiüzlülüyü, beləliklə, homoseksualvari səviyyəyə keçib”.

Publisist bütün bu oyunların arxasında Vaşinqtonun dayandığını göstərir: “Soçi Olimpiadasının siyasi boykotunun əsil səbəbini dərk etmək elə də çətin deyil: Qərb “Putin Rusiyası”ndan Snoudendən tutmuş Yanukoviçə qədər keçən ilin bütün təhqirlərinə görə Olimpiya qisası almaq istəyir. Nümunəni yenə də Vaşinqton verdi: Obama gəlmir və bütün qərb siyasətçiləri indi Soçiyə gedib-getməməklə bağlı mürəkkəb dilemmanı həll etməlidirlər”./ans/
1409 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber