Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

30 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 30-da hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var.
Havanın temperaturunun gecə və gündüz 0-2 dərəcə isti, axşam 3 dərəcəyədək şaxta olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Yanvarın 30-da arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 10-15, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.
1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber