Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

Moskvada azərbaycanlıların restoranına hücum

Moskvada bir qrup milliyyətçi azərbaycanlıya məxsus restorana hücum etmək istəyib

Rusiya paytaxtında bir qrup milliyyətçi azərbaycanlıya məxsus restorana hücum etmək istəyib. APA-nın Moskva müxbiri xəbər verir ki, hadisə paytaxtın Qərbi Biryulevo rayonunda yerləşən «Qız Qalası» restoranında baş verib. “Prajski” metro stansiyasının yaxınlığında yerləşən bu restoran Fazil adlı azərbaycanlı sahibkara məxsusdur.

Restoranda çalışanların APA-ya verdiyi məlumata görə, hazırda bir qrup şəxs restoranın ətrafında gəzişir.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev APA-ya açıqlamasında hadisədən xəbərdar olduğunu söyləyib. Onun sözlərinə görə, hadisə yerinə polis dəstələri çağırılıb: “Mən həmin rayonun polis idarəsi ilə danışdım. Əraziyə polis dəstələri göndərilir”.

İ. Hacıyev bir qrup şəxsin “Qız Qalası” restoranına hücum etmək istədiyini, lakin onların qarşısının alındığını söyləyib: “Ümid edirik ki, polis həmin ərazidə gərginliyin artmasına imkan verməyəcək və vəziyyətə nəzarət edəcək”.
1605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
14.01.17, 12:40
Qusara 17 sm qar yağdı
14.01.17, 11:52
Mübarizə yolumuz
12.01.17, 14:56