Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

İşğalçı İsraildən şok iddia

Türkiyədə “Əl-Qaidə” terror təşkilatının 3 bazası var

İşğalçı İsrail ordusu kəşfiyyatının rəhbəri, ordu generalı Aviv Koçavi: "Bu bazaların Türkiyənin Karaman, Osmaniyə və Şanlıurfa bölgələrində olduğu iddia edilir
İsrail ordusu kəşfiyyatının rəhbəri Türkiyədə 3 “Əl-Qaidə” bazası olduğu iddiasını irəli sürüb.
"Hürriyet" qəzetinin məlumatına görə, İsrail ordusu kəşfiyyatının rəhbəri, ordu generalı sionist Aviv Koçavi Təl-Əvivdə təşkil edilən təhlükəsizlik konfransında bir xəritə göstərərək Türkiyədə 3 “Əl-Qaidə” bazası olduğunu səsləndirib.
Koçavinin sözçüsü xəritədə qırmızı nöqtələrlə göstərilən yerlərin “Əl-Qaidə” bazalarını əks etdirdiyini söyləyib. "Reuters" agentliyi xəritədə göstərilən yerlərə görə bu bazaların Karaman, Osmaniyə və Şanlıurfada olduğunu iddia edib.
Qeyd edək ki, general Koçavi dəqiq bir say açıqlamasa da, "Reuters" Türkiyədəki 3 nöqtədə təxmini 100-ə qədər “Əl-Qaidə” üzvü olduğunu açıqlayıb.
1576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber