Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

UNESCO: "Dünyada 4 milyard uşaq yazıb-oxumağı bilmir"

Yaşı 10-a qədər olan 650 milyon uşaqdan ən azı 250 milyonu yazıb, oxumağı bilmir

Yaşı 10-a qədər olan 650 milyon uşaqdan ən azı 250 milyonu yazıb, oxumağı bilmir. Bu açıqlama ilə UNESKO BMT-nin məruzəsində çıxış edib. Təşkilatın araşdırmalarına görə, dünyada 130 milyon uşaq ibtidai məktəbə getsələr də, hətta, baza bilikləri belə yoxdur. Sənəddə həmçinin qeyd olunur ki, 120 milyon şagird siniflərdə vaxt az keçirir. İtar-Tass xəbər verir ki, məruzədə qeyd olnur ki, savadsız uşaqların sayı hər il dövlətə 129 milyard dollar ziyan vurur.

Dünyanın 193 ölkəsindən yalnız üçdə birində ibtidai məktəbə uyğun 75% pedaqoq hazırlanıb. "Hərçənd daha çox uşaq məktəbə gedir, təhsilin keyfiyyəti azalıb. İndi məhz bu problemə köklənmək lazımdır”.

UNESCO ekspertləri bildirirlər ki, təhsillə bağlı yaranmış böhranı aradan qaldırmaq üçün 2015-ci ilə qədər 5,2 milyon ixtisaslaşdırılmış müəllim cəlb etmək lazımdır. Bu halda həmin ölkələrin iqtisadiyyatına da xeyli xeyir gələcək. Təhsil sahəsində aparılan savadlı siyasət 40 il ərzində ÜDM-un 23% artırmağına köməklik edəcək./interaztv.com/
1559 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber