Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Tehranla çiyin-çiyinə həmkarlıq edəcəyik

Biz terrora qarşı mübarizə zəminində Tehranla çiyin-çiyinə həmkarlıq edəcəyik - Ərdoğan
O, İran prezidenti Həsən Ruhani ilə görüşəın zaman, qarşılıqlı əlaqələrdən əlavə beynəlxalq terror məsələsinə də toxunub

“Hər iki ölkə terrora qarşı həssaslıq göstərir”.

İnterAz-ın “Fars” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İrana rəsmi səfəri çərçivəsində deyib.

O, İran prezidenti Həsən Ruhani ilə görüşəın zaman, qarşılıqlı əlaqələrdən əlavə beynəlxalq terror məsələsinə də toxunub.

“Terrora qarşı həssas olmaq, iki ölkənin ortaq və müştərək cəhətidir. Terrorçu qruplaşmalar islam adı altında fəaliyyət edirlər və bunların islam dininə heç bir aidiyyatları yoxdur. Günahsızları vəhşicəsinə öldürmək islam dinində haçan deyilib!? Terror qruplaşmalarına qarşı Tehranla birgə çiyin-çiyənə həmkarlıq edirik və bu həmkarlıqları inkişaf etdirəcəyik”.

Müşahidələr göstərir ki, Rəcəb Tayyib Ərdoğanın İrana səfəri çərçivəsində əsasən qarşılıqlı əlaqələrin genişləndirilməsi gündəmə gətirilib və beynəlxalq gündəmdə olan Suriya məsələsi müzakirəyə çıxarılmayıb. Görünür, Tehran və Ankara rəsmiləri bu görüşlər çərçivəsində yalnız Suriya ilə bağlı üstüörtülü mesajlar verməklə kifayətləniblər. Ekspertlər bu görüşlər çərçivəsində Suriya məsələsinin geniş şəkildə gündəmə gətiriləcəyini təxmin edirdi.
1753 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber