Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Bakıda qadın özünə od vurdu

Bu gün paytaxtda daha bir nəfər özünə od vurub. Hadisə Səbail rayonunda, Mərkəzi Klinikanın yaxınlığında baş verib.

Təqribən 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqda olan polis əməkdaşlarının səyi ilə söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olduğu bildirilir. Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir.

Xatırladaq ki, ötən gün Bərdədə bir nəfər özünü yandırmışdı. Alpoud kənd sakini Maarif Vəliyev ötən gün axşam saatlarında Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vurub.

Bir neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü yandıraraq xəsarət yetirmişdi. O, ünvanlı sosial yardım almaqla bağlı qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını demişdi./ans/
1705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:14