Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Zeytun yağının sümüklərə təsiri

Bu gün pəhriz mütəxəssislərinin bir çoxu zeytun yağının faydalarından danışır.
"A", "B", "E" və "K" vitaminləri ilə zəngin olan zeytun yağında hüceyrə fəaliyyətinin artımına və yaşlanmanın gecikməsinə təsir edən maddə var.
Hələ qədim Yunanıstanda zeytun yağını maye qızıl adlandırırdılar.
Madrid Universitetinin tədqiqatlarına görə zeytun yağının tərkibində olan "osteokalsin" maddəsi sümükləri qüvvətləndirir.
Bu maddə, sümük əmələ gətirən hüceyrələr tərəfindən ifraz olunan bir zülaldır. Osteokalsin nisbətinin nə qədər yüksək olması insanın sümüklərinin o nisbətdə gücləndiyini və möhkəmləndiyini göstərir. Bir başqa nəzəriyyəyə görə "osteokalsin" adlı maddə insan bədəninin insulinə olan müqavimətini artırır və hormonları insulin təsirinə qarşı qoruyur. Osteokalsin nisbəti yüksək olan şəxslərdə təcrübələr göstərib ki, şəkər xəstəliyi və insulin ehtiyacı minimum səviyyəyə düşüb.
Afina Universitetinin tədqiqatçıları da zeytun yağının tərkibində olan osteokalsinin qırmızı ətdə daha aşağı nisbətdə olduğunu göstərib.
Həyat boyunca zeytun yağından istifadə edən insanlar daha sağlam sümüklərə sahib olur. Bu baxımdan sağlam sümüklər üçün zeytun yağından istifadə vacibdir.
1829 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59
Təbrizdə Nardaran ş