Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Volqoqrad terrorunu törədənlər məlum oldu

Volqoqradda terror aktlarını törətmiş şəxslərin kimliyi müəyyən olunub

Rusiya hüquq-mühafizə orqanları Volqoqradda vağzalda və trolleybusda terror aktlarını törətmiş şəxslərin kimliyini müəyyənləşdirib.

“RİA Novosti”nin verdiyi xəbərinə görə, bu barədə Rusiya Federasiyasının terror əleyhinə Milli Komitəsinin məlumatında bildirilir.

Məlum olub ki, 2013-cü ilin 29-30 dekabr tarixlərində Volqoqradda terror aktlarını Əsgər Səmədov və Süleyman Maqomedov adlı şəxslər törədib. Hər iki şəxsin Buynak terrorçu qruplaşmasının üzvü olduğu bildirilir.

Xatırladaq ki, terrorçu-kamikadzelərin Volqoqradda törətdiyi partlayışlar nəticəsində 30-dan çox adam ölüb, 100 nəfər yaralanıb./apa/
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...