Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

“Heç kəs özünü bu yanğın dalğasından uzaq hesab etməsin”

“Xalqdan səlahiyyət almayan, hakimiyyəti mənimsəyən, xalq qarşısında məsuliyyəti olmayan bir iqtidarın siyasətidir yanan”

Milli Şuranın sədri, professor Cəmil Həsənli ölkə vətəndaşlarının özünü yandırmaqla intihara cəhd etməsi halının tendensiyaya çevrilməsinə münasibət bildirib. Baş verənləri hakimiyyətin yarıtmaz siyasəti ilə əlaqələndirən Milli Şura sədri fikirlərini Facebook səhifəsində paylaşıb. Onun yazdıqlarını təqdim edirik:

“Bu gün Məleykə Bayramlı adında daha bir Azərbaycan vətəndaşı şəhərin mərkəzində od vurub özünü yandırdı. Artıq biz hər gün insanların özünü yandırması haqqında məlumatlar alırıq. Qarabağ qazilərinin alov bürümüş bədənlərinin saçdığı atəş az qala ekranları da yandırsın. Bunları görməyən, özünü alova bürümüş insanların oduna qızındıranlar ölkəni bu vəziyyətə salmalarından utanmalıdırlar, bu atəşin onları da bürüyəcəyinin fərqində olmalıdırlar. Ölkənin dövlət idarəsində, məhkəməsində, polisində, prokurorluğunda
qanun görməyən, ədalət tapmayan insanlar çıxış yolunu oda tapınmaqda görürlər.
Bu, dəhşətli faciədir. Belə getsə, ölkəmizi alov bürüyəcək. Heç kəs özünü bu yanğın dalğasından uzaq hesab etməsin. Korrupsioner, kriminal idarəçiliyin yeritdiyi siyasətin tüstüsü bütün ölkəni bürüyür, alovu ərşü-əlayə qalxır. Yanan insanlardır. Görünür, bu yanğın dalğası Prezident Aparatına çatana qədər İlham Əliyev dözümlülük göstərəcək, analoqsuz inkişaf haqqında nağılları təkrarlayacaq. Xalqdan səlahiyyət almayan, hakimiyyəti mənimsəyən, xalq qarşısında məsuliyyəti olmayan bir iqtidarın siyasətidir yanan, indi insan qoxulu tüstüsü hər tərəfi bürüməkdədir.
Azərbaycan vətəndaşının Azərbaycan neftindən nəsibi özünü alova bürüyəcək bir butulka benzin qədərdir”.
1423 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı