Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Bərdədə özünü yandıran qazinin vəziyyəti pisləşib

Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında yanvarın 28-də özünü yandıran rayonun Alpoud kənd sakini, II qrup Qarabağ qazisi Maarif Əvəz oğlu Vəliyevin səhhəti pisləşib. Bunu virtualaz.org saytına M.Vəliyevin həyat yoldaşı Maisə Vəliyeva bildirib.
M.Vəliyeva deyib ki, Qarabağ əlilinin ürəyində problem yaranıb: “Maarifin şəkəri qalxıb, ürəyində problem yaranıb. Hazırda həkimlər onu bu vəziyyətdən çıxarmağa çalışırlar”.
Maisə Vəliyeva qeyd edib ki, Bərdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi həyat yoldaşının durumu ilə maraqlanmayıb: “Yanına yalnız əlil yoldaşları gəlib. Kim deyirsə icra hakimiyyəti maraqlanır, gəlir, yalan deyir. Heç kim bizimlə maraqlanmır. Axı Maarif cəbhədə əlil olub, Azərbaycan uğrundakı döyüşlərdə yaralanıb. Bir oğlumuz var, o da əlil, nə yaşamağa yerimiz, nə yeməyə çörəyimiz var”.
1653 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 21:00</