Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Merkel Amerikaya növbəti xəbərdarlıq etdi

Almaniya kansleri Anqela Merkel vətəndaşların telefon danışıqlarının qeyri-qanuni dinlənilməsi və internet yazışmalarının araşdırılması haqqında bir daha Amerika kəşfiyyat xidmətlərinə xəbərdarlıq edib.
"İRNA"nın bildirdiyinə görə, A.Merkel Almaniya parlamentindəki çıxışında vurğulayıb ki, belə addımlar qarşılıqlı etimadı zədələyəcək və etibarsızlığın genişlənməsinə səbəb olacaq.

Merkel müttəfiqlərlə işin tam etimad əsasında qurulduğuna işarə edərək internet casusluğu və telefon dinləmələrinin buna əngəl yaratdığını bildirib./deyerler/
1298 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber