Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

ABŞ-da 13 nəfər sərt qışın qurbanı oldu

ABŞ-ın cənubunda qar uçqunu və çovğunlar səbəbindən ən azı 13 nəfər həyatını itirib. Deyerler.org-un "Lenta"ya istinadən verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti buzlu yollarda baş vermiş yol qəzalarında ölənlərdir.
Artıq ABŞ-ın altı ştatında güclü qar səbəbindən fövqəladə vəziyyət elan olunub. Belə qərarlar Corciya, Alabama, Missisipi, Luziana, Şimali və Cənubi Karolina ştatlarının sakinləri qəbul edib.
Xüsusilə Atlantada 6,6 santimetr hündürlüyündə qar yağıb. Bu, yollarda böyük tıxaclara, hava əlaqəsinin iflic olmasına gətirib çıxarıb. Eyni zamanda minlərlə şagird məktəblərdən evlərinə qayıda bilməyib. Bu gündən isə məktəblər bağlanıb.
1492 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP