Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

“Avtomaydan”ın lideri Bulatov döyülmüş halda tapılıb

Ukraynada 8 gündür itkin düşmüş “Avtomaydan”ın lideri Bulatov döyülmüş halda tapılıb
Ukraynada yanvarın 22-dən itkin düşmüş “Avtomaydan”ın lideri Dmitri Bulatov ötən gün döyülmüş halda tapılıb.

“BBC”-nin verdiyi xəbərə görə, Bulatovun açıqlamasına əsasən naməlum şəxslər ona ağır işgəncələr verib, qulağını kəsib, hətta çarmıxa çəkiblər – onun əllərində deşilmiş yaralar var.

“5-ci kanal” telekanalının müxbirləri Bulatovun döyülmüş vəziyyətdə çəkilən şəklini yayımlayıblar. Bulatov kimlər tərəfindən oğurlandığını bilmir, lakin qeyd edir ki, cinayətkarlar rus ləhcəsi ilə danışırmış. Naməlum şəxslər onun gözlərini bağlayaraq 8 gün işgəncələrə məruz qoyduqdan sonra avtomobillə hadisə yerindən uzaqlaşdırıb yol kənarına atıblar.

Qeyd edək ki, Ukrayna milisi bir neçə gün əvvəl “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açıb.

Dmitri Bulatov itkin düşməzdən əvvəl Facebook səhifəsində hakimiyyət tərəfindən ona qarşı təzyiqin artdığını qeyd edib./apa/
1472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP