Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

31 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 31-də arabir qar yağacağı, gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Güclü şimal küləyi əsəcək. Çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.
Havanın temperaturunun gecə və gündüz 1-3 dərəcə şaxta, axşam isə 5 dərəcəyədək şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında
Yanvarın 31-də arabir qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz bağlayacağı gözlənilir. Güclü şimal küləyi əsəcək. Bəzi rayonlarda çovğun olacağı ehtimalı var.
Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq
Yanvarın 31-də çox əlverişsiz, güclü küləkli, şaxtalı və qarlı hava şəraitində, eləcə də fevralın 01 və 02-də gecə saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
2004 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:21
Dollar