Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Rusiyanın neft şirkətləri İran uğrunda yarışır

Rusiyanın «Zarubejneft» şirkətinin ardınca «Lukoyl» da İranda işləməyə hazır olduğunu rəsmi şəkildə bildirib.

İran.ru-nun məlumatına görə, sanksiyalar kəskinləşəndən sonra başqa iri neft şirkətləri İrandan çıxdığı kimi «Lukyol» da İslam Respublikası ilə gördüyü işlər yarımçıq saxlayaraq, bu ölkəni tərk etmişdi.

Rusiyanın bu şirkəti İranın Milli Neft Şirkəti, Norveçin «Statoyl-Hidro»su ilə birlikdə «Şanqule» və «Azər»də iri neft yatağı aşkarlamışdı.

«Zarubejneft» isə ötən ilin payızından İranın Asaluye rayonu yaxınlığındakı «Xəyyam» qaz yatağında işləməyə hazır olduğunu bildirmişdi. Yaxın zamanda şirkətin Tehranda öz nümayəndəliyini açacağı ehtimal olunur.
1372 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:26