Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Qar Bakıda yolları iflic etdi

Bakıya yağan güclü qar həmişəki kimi böyük fəsadlar yaradıb

Bakıya yağan güclü qar həmişəki kimi böyük fəsadlar yaradıb. Gecədən başlayaraq yol qəzalarının sayı durmadan artır. İnterAz xəbər verir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırışların 50 faizdən çoxu yol qəzaları ilə bağlıdır.

Qeyd edək ki, Bakının Yasamal, Binəqədi, Xətai və Sabunçu rayonlarında yolların buz bağlaması eniş və yoxuşlarda avtomobillərin hərəkətini mümkünsüz edib. Paytaxt yollarında eləcə də körpü və tunellərdə uzun tıxaclar meydana gəlib. Yolların buz bağlaması qəzaların sayını da artırıb.

Buzlanma səbəbindən Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Yolda qalan sürücülər geriyə - şəhərə doğru qayıtmağa məcbur olublar.
1318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı