Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Misirdə ardıcıl partlayış olub

Misirdə ötən gün axşam ardıcıl partlayış olub.

SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata əsasən, ilk zəif partlayış ölkənin şimal paytaxtı olan İsgəndəriyyədə yerləşən polis məntəqəsi yaxınlığında baş verib.

Yeri gəlmişkən, İsgəndəriyyədə "Müsəlman qardaşlar" tərəfdarları ilə yerli sakinlər arasında toqquşma olub. Məsələyə təhlükəsizlik qüvvələrinin nümayəndələri müdaxilə etməli olublar. Onlar tərəfləri sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə ediblər. Toqquşma nəticəsində islamçıların İsgəndəriyyədəki büro rəhbərinin oğlu - 28 yaşlı misirli elə "qardaşlar"ın öz əli ilə öldürülüb.
1798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber