Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

əl-Qaidənin 40-dan artıq silahlısını öldürüb

İraq ordusu əl-Fəllucədə əl-Qaidənin 40-dan artıq silahlısını öldürüb
Hazırda İraqın Suriya, İordaniya və Səudiyyə ərəbistanı ilə sərhəddə yerləşən əl-Ənbar əyalətinin əl-Fəllucə şəhəri “İraq və Şamda İslam Dövləti”-nın (DAİŞ) nəzarətindədir

İraqın əl-Ənbar əyalətində “DAİŞ” (əl-Qaidə) qruplaşmasına qarşı əməliyyatlar davam edir.

İnterAz-ın əl-Ərəbiyyə telekanalına istinadla verdiyi xəbərə görə, bu barədə İraq ordusu dünənki bəyanatında məlumat verib.

Bildirilib ki, hərbi əməliyyatlar ordunun 39-cu briqadası, yerli qəbilələrin və hava qüvvələrinin müşayiəti ilə həyata keçirilib.

Qeyd edək ki, 2013-ci ildən indiyə qədər ilk dəfədir ki, ölkədə silahlılar müəyyən bir şəhəri tam şəkildə ələ keçirirlər. Hazırda İraqın Suriya, İordaniya və Səudiyyə ərəbistanı ilə sərhəddə yerləşən əl-Ənbar əyalətinin əl-Fəllucə şəhəri “İraq və Şamda İslam Dövləti”-nın (DAİŞ) nəzarətindədir. Bundan başqa, əyalətin ər-Rəmmadi şəhərinin bəzi qəsəbələrinə də DAİŞ silahlıları nəzarət edir.
1646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı