Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Suyun verilməsi dayandı, yollar bağlandı – “Qışa hazırıq”

Qar yağması səbəbindən sular donduğu üçün bəzi fərdi və bina evlərində su problemi yaşanır.

Bakı şəhəri Nərimanov rayonu sakinlərindən daxil olan şikayətə görə dünəndən başlayaraq fərdi və bina evlərində su gəlmir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən mühəndis Nailə Məlikova bildirdi ki, hazırda Nərminov rayonun Fətəli Xan Xoyski küçəsində təmir işləri gedir. Tezliklə suyun verilməsi bərpa olacaq. Ancaq ümumilikdə bəli bəzi evlərdə su boruları donub. Bunun üçün əməkdaşlarımız problem həll etməklə məşğuldurlar.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunda maşınların hərəkəti mümkünsüz olub, şəhərin bəzi yerlərində marşrutlar yolların buz bağlaması səbəbindən işləmir.

Xatırladaq ki, dünən “Azərsu” da daxil olmaqla, dövlət qurumları qışa tam hazır olduqlarını bildirmişdilər./axar/
1699 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP