Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Rusiya ABŞ-la raket müqaviləsini ləğv etdi

ABŞ ilə SSRİ arasında imzalanan və soyuq müharibənin bitməsində mühüm rolu olan raketlərlə bağlı müqavilə Rusiya tərəfindən pozulub.

Türkiyə mətbuatının xəbər verir ki, ABŞ NATO-ya göndərdiyi mesajda bildirib ki, 1987-ci ildə imzlanan müqavilədə orta mənzilli raketlərdən istifadə qadağan olunsa da Rusiya 2008-ci ildən başlayaraq bu qadağanı pozur.

ABŞ prezidenti Barak Obamanın Rusiya ilə nüvə silahının azaldılması ilə bağlı müqavilə imzalamaq istədiyi və buna görə Rusiya tərəfinin qadağanı pozduğuna görə cavab verəcəyi bildirilir. ABŞ dövlət katibinin müavini Jen Psaki açıqlamasında bildirib ki, bu məsələ detallı şəkildə müzakirə olunur: “Bu məsələ müzakirə edilir. Nəticə əldə olunmadan danışmaq istəmirəm”.
1328 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber