Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Nabranda 52 sm-lik qar yağıb

Nəhayət Azərbaycana qar yağdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Nabranda 52 sm, Sarıbaşda 26 sm, Lənkəranda 23 sm, Lerikdə 21 sm, Altıağacda 19 sm, Qubada 18 sm, Qubanın dağlıq ərazilərində 15-19 sm, Göygöl, Oğuzda 17 sm, Yardımlıda 16 sm, Şəki, İsmayıllıda 12 sm, Göytəpədə 11 sm, Kəlvəz, Xaçmaz, Qəbələdə 10 sm, Göyçay, Xınalıq, Cəfərxanda 8 sm, Şamaxı, Kişçay, Ağdərədə 6 sm, Sabirabad, Gədəbəydə 4 sm, Ordubad, Tərtər, Zərdab, İmişli, Salyanda 3 sm, Mingəçevir, Tovuz, Zaqatala, Gəncədə 2 sm, Bakıda 16 sm, Pirallahı, Maştağada 4 sm təşkil edib. Şimal küləyi bəzi ərazilərdə güclənib, çovğun olub.

Havanın minimal temperaturu Abşeron yarımadasında 3-5, aran rayonlarında 2-5, dağlıq rayonlarda 5-8, Naxçıvan MR-da 0-5 dərəcə şaxta təşkil edib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu cür hava şəraiti haqqda əvvəlcədən proqnoz vermişdi. Qarlı hava hələ bir neçə gün Azərbaycanın qonağı olacaq. Fevral ayının əvvəlində ölkə ərazisində hava şəraitinin anomal soyuq keçəcəyi, havanın temperaturunun iqlim normasından aşağı olacağı gözlənilir.

Ayın ortalarında temperatur rejiminin normaya yaxın, üçüncü ongünlükdə isə xeyli tərəddüdlü olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər çox, bəzi rayonlarda isə normaya yaxın olacağı ehtimal olunur.
1677 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.